Yuxarı

​Fransanın "Alstom" şirkəti Azərbaycanda müştərək müəssisə yaradacaq

Hazırda bununla bağlı Bakı Metropoliteni ilə danışıqlar aparılır

Bakı. 12 may. REPORT.AZ/ Fransanın "Alstom" şirkəti Azərbaycanda lokallaşmaq niyyətindədir. Bu məqsədlə şirkət hazırda Bakıda "Bakı Metropoliteni" QSC ilə danışıqlar aparır. Bunu "Report"a açıqlamasında şirkətin Rusiya və MDB ölkələri üzrə böyük vitse-prezidenti Martin Vojur bildirib.

Onun sözlərinə görə, bu məqsədlə "Alstom" bu ilin sonuna "Bakı Metropoliteni" ilə müqavilə imzalayacağına ümid edir: "Bu müqavilənin önəmi ondan ibarət olacaq ki, biz Bakıda birgə istehsal təşkil edə biləcəyik. Bakı Metropoliteni ilə qatarların konstruksiyalarını, daxili və xarici dizaynını və s. həlləri birgə işləyib hazırlayırıq. Danışıqlar zamanı burada açılacaq müəssisəyə hansı texnologiyaların ötürülməsi, işçilərin sayı, həmçinin zavodun maliyyə dəyəri və s. məsələlər müzakirə ediləcək. Bütün bunlar zaman tələb edir. Müqavilə imzalanacağı təqdirdə fiziki olaraq işə başlayacağıq".

Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da maliyyə böhranının yaşanmasına baxmayaraq, M.Vojur qeyd edib ki, Azərbaycanda 2030-cu ilə qədər yeni xətlərin tikilməsi nəzərdə tutulub və bunun üçün yeni qatarlara da ehtiyac var.

"Bütün dünyada müəyyən vaxtlarda böhran yaşanır. Amma danışıqlar yenə də gedir. Ola bilər ki, müəyyən layihələr təxirə salınsın, amma bu onların ləğv olunması demək deyil", - M.Vojur bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi