Fransada Azərbaycan üçün nəzərdə tutulmuş ilk "Prima M4" sərnişin lokomotivlərinin təqdimatı keçirilib

Fransada Azərbaycan üçün nəzərdə tutulmuş ilk "Prima M4" sərnişin lokomotivlərinin təqdimatı keçirilib Lokomotiv dekabrın əvvəlində Bakıya çatacaq
İnfrastruktur
9 Oktyabr , 2017 15:36
Fransada Azərbaycan üçün nəzərdə tutulmuş ilk Prima M4 sərnişin lokomotivlərinin təqdimatı keçirilib
Report

Belfort. 9 oktyabr. REPORT.AZ/ Bu gün "Alstom" şirkəti Fransanın şimal-şərqində yerləşən Belfort şəhərində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC üçün nəzərdə tutulmuş ilk "Prima M4" sərnişin lokomotivlərinin təqdimatını keçirib.

"Report" xəbər verir ki, 2014-cü ildə ADY ilə bağlanmış müqavilənin tərkib hissəsi kimi hazırda iş meydançasında 10 "Prima M4" (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir.

Tədbirdə "Alstom"un Qərbi və Mərkəzi Asiya klasterinin icraçı direktoru Bernard Pyell (Bernard Peille) ilk çoxtəyinatlı "Prima" lokomotivini Azərbaycana çatdırmaqdan və Qara dənizlə Xəzər dənizi, Rusiya ilə İran arasında tranzit dəmir yolu bağlantısını daha da gücləndirmək məqsədi daşıyan layihələrin tərəfdaşı olmaqdan dərin məmnunluğunu bildirib.

"Texnoloji baxımdan xüsusi təyinata uyğun istehsal edilmiş bu məhsul "Alstom" şirkəti ilə ADY layihəsinin işçi heyətləri arasında qurulmuş möhkəm qarşılıqlı əlaqələrin nəticəsidir", - deyə B.Pyell əlavə edib.

Lokomotiv dekabrın əvvəlində Bakıya çatacaq.

Qeyd edək ki, bu lokomotivlər Şərq- Qərb dəhlizi üzrə 25 kV DC, 50 Hrs və Şimal-Cənub dəhlizi üzrə 3 kV DC ilə hərəkət edəcək. Tətbiqat növlərinə görə bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. "Prima AZ4A" texniki xidmət və təmir arasında daha uzunmüddətli istismar göstəriciləri, az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri və park idarəçiliyinin yüksək iş səmərəliliyi ilə sərnişinlərə xidmət edərkən 160 km/saat sürəti ilə hərəkət etmək qabiliyyətinə malikdir. "AZ4A" ADY-nin texniki tələblərinə əsaslanaraq QOST standart və spesifikasiyalarına riayət edilməklə hazırlanmış "Prima M4" lokomotivləridir.

Bu lokomotiv "Alstom" texnologiyasına əsaslanan ən qabaqcıl dartqı sistemi ilə təchiz edilib.

AZ4A lokomotivləri uzaq məsafələrə sərnişin daşımalarında istismar üçün nəzərdə tutulub. Uzaq yol boyunca sürücü üçün rahat tutumlu kabinə yaradılıb. Burada iqlimə nəzarət, yeməyin hazırlanma sistemi və saxlama qurğuları kimi bir çox seçimlərlə təchizat mümkündür.

Xatırladaq ki, 2016-cı ildə "Azərbaycan Dəmir Yolları" QSC nəqliyyat dəhlizlərində şimaldan cənuba və şərqdən qərbə 160 km/saata qədər sürətlə istismar edilən 10 sərnişin lokomotivi tədarükünə dair müqavilə imzalayıb. Tədarük 2018-ci ilin sonuna planlaşdırılıb.

"AZ4A" lokomotivi Qazaxıstanda 2014-cü ildə istismar edilən 200 ədəd KZ8A yük lokomotivi və 95 ədəd KZ4AT sərnişin lokomotivinə əsasən istehsal edilib.

Son xəbərlər

Orphus sistemi