Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdabda vətəndaşları qəbul edəcək

Qəbulda Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sentyabrın 30-da Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, vətəndaş qəbulu saat 11:00-da Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda yalnız Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. 

K.Həsənovun qəbuluna düşmək istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya bu nömrələrlə - (012) 490 24 08 (daxili 105 və 349) əlaqə saxlaya bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi