Yuxarı
    Bağlamaq

    Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaş qəbulu keçirəcək

    Qəbulda Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarının sakinləri iştirak edə bilər

    Bakı. 21 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov iyunun 24-də Siyəzən rayonunda vətəndaş qəbulu keçiriləcək. ƏMDK-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, qəbulda Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu Siyəzəndə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

    Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

    Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və Komitənin Aparatı - (012) 490 24 08 (daxili 105 və 349), habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi ilə (02330) 4-27-15, (018) 65-2-01-71 (daxili 24) əlaqə saxlaya bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi