Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaşlarla görüşüb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaşlarla görüşüb Fərdi evlər, həyətyanı torpaq sahələri, pay torpaqları, mənzillərə çıxarış alınması ilə bağlı məsələlərə baxılıb
İnfrastruktur
29 Sentyabr , 2017 15:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Salyanda vətəndaşlarla görüşüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyanda vətəndaş qəbulu keçirib. 

“Report”un Komitənin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qəbulda Salyan ilə yanaşı Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar da iştirak ediblər.

Qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, habelə texniki pasportların alınması, torpaqların elektron kadastr uçotu sistemi, torpaqlardan düzgün istifadə qaydaları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda regionlar üzrə iştirak qaydaları ilə bağlı müxtəlif səpkili müraciətlər səsləndiriblər.

Müraciətlərin bir qismi torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı olub.

Fərdi həyət evi, həyətyanı torpaq sahələri, pay torpaqları, mənzillərə çıxarış alınması barədə də vətəndaşlar məsələlərini bildiriblər. Qəbulda iştirak edən vətəndaşların digər bir hissəsi isə özəlləşməyə çıxarılan ictimai iaşə, məişət, ticarət və digər sahələrə aid olan obyektlərin özəlləşdirilməsi ilə bağlı müraciətlər ediblər.

Komitə sədri bir sıra müraciətlərin dərhal həlli üçün tapşırıqlar verib. Araşdırılması tələb olunan digər məsələlər üzrə müvafiq qurum rəhbərlərinə müraciətlərin həlli istiqamətində tapşırıqlar verib. Həmin gün birbaşa müraciət edən vətəndaşların da müraciətlərinə baxılıb. 

Son xəbərlər

Orphus sistemi