Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edəcək

Qəbul iyulun 18-də rayonun Milli Olimpiya Mərkəzində baş tutacaq

Bakı. 14 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyulun 18-də Oğuz rayonunda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbulda Oğuz, Şəki, Qax rayonlarından vətəndaşlar iştirak edə bilər. 

K.Həsənovla görüşdə yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbul saat 11:00-da Oğuzda yerləşən Milli Olimpiya Mərkəzində baş tutacaq. Qəbula yazılmaq istəyənlər komitənin office@emdk.gov.az elektron ünvanına yaza bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi