​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Neftçalada vətəndaş qəbulu keçirib

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Neftçalada vətəndaş qəbulu keçirib Müraciətlərin əksəriyyəti daşınmaz əmlakın və torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub
İnfrastruktur
11 Dekabr , 2015 14:32
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Neftçalada vətəndaş qəbulu keçirib

Bakı. 11 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Neftçalada vətəndaşları qəbul edib. Vətəndaş qəbulu şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçirilib. Komitə sədri qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Komitədən “Report”a bildirilib ki, müraciətlərin əksəriyyəti daşınmaz əmlakın və torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub.

Vətəndaşlar onlara ayrılan torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış və digər qeydiyyat sənədlərinin alınması ilə bağlı müraciətlərini çatdırıblar. Eyni zamanda pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də olub.

K.Həsənov qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlər verib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi