​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib Vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar
İnfrastruktur
26 May , 2016 13:07
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edib

Bakı. 26 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Yardımlıda növbəti vətəndaş qəbulu keçirib. “Report”un Komitənin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, K.Həsənov Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid müraciətlərini çatdırıblar. Müraciətlər fərdi həyət evi, mənzillər, SSRİ dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı məsələlərinə aid olub. Bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Bir sıra müraciətlər isə torpaqların təyinatına və hüquqi rejiminə uyğun istifadəsi barədə olub.

Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.

Qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün Komitə sədri tərəfindən göstərişlər verilib. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşların da Komitə sədri tərəfindən müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi