Yuxarı
    Bağlamaq

    Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edəcək

    Qəbulda Ağdaş və Yevlax rayonlarından, eləcə də Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq

    Bakı. 17 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov noyabrın 25-də Ağdaş rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Komitədən bildirilib. 

    Məlumata görə, vətəndaş qəbulu saat 11:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda yalnız Ağdaş və Yevlax rayonlarından, eləcə də Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. 

    Qəbula yazılmaq istəyən vətəndaşlar ƏMDK-nın office@emdk.gov.az elektron poçt ünvanına yaza və ya (012) 490 24 08 (daxili 105 və 349) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi