Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edib Qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb
İnfrastruktur
29 Mart , 2017 14:51
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşları qəbul edib

Bakı. 29 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Ağdamda növbəti vətəndaş qəbulu keçirib.

Komitədən “Report”a bildirilib ki, qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, daşınmaz əmlakın kadastrı sahəsinə aid olub. Qeydiyyatla bağlı müraciətlər fərdi həyət evi, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınmasını əhatə edib.

Qəbulda bir sıra müraciətlərin həlli məqsədilə Komitə sədri tapşırıqlarını verib. Araşdırmaya ehtiyac olan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri tərəfindən keçirilən vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi