Əmlak Məsələləri Dövlət Komitəsində I rübün yekunlarına dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində I rübün yekunlarına dair müşavirə keçirilib Strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrası üçün zəruri işlərin görülməsi barədə tapşırıqlar verilib
İnfrastruktur
17 Aprel , 2017 11:43
Əmlak Məsələləri Dövlət Komitəsində I rübün yekunlarına dair müşavirə keçirilib

Bakı. 17 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu ilin yanvar-mart ayları ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən “Report”a verilən xəbərə görə, müşavirədə çıxış edən ƏMDK-nın sədri Kərəm Həsənov bildirib ki, Komitə də ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda fəaliyyət istiqamətləri üzrə gördüyü işlərlə aparılan islahatlara töhfəsini verib.

Onun sözlərinə görə, bu ilin ilk rübündə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılıb, 294 monitorinq aktı təhlil edilib: “Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən dövlət əmlakının səmərəli istifadəsinə dair 5 minə yaxın illik xüsusi hesabat forması alınıb ki, bunun 89,7%-i elektron qaydada qəbul olunub. Komitə tərəfindən istifadəyə verilən “Özəlləşdirmə portalı”ndan I rüb ərzində istifadə edənlərin sayı 200 minə yaxın olub. Ümumilikdə, fəaliyyətə başladığı dövrdən portaldan 600 minə yaxın istifadəçi qeydə alınıb. Görülən tədbirlər nəticəsində, 2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyətləri özəlləşdirilmiş, 63 qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib”.

K.Həsənov qeyd edib ki, elektron kadastr uçotu işləri yekunlaşıb: “Artıq 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 810 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinə başlanılıb. Bu işlər ilin sonunadəktam yerinə yetiriləcək. 2017-ci ildə 14 rayonun bələdiyyə və xüsusi mülkiyyətinə verilib 649 min hektara yaxın ərazilərində irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulur. Ölkənin 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt formalaşdırılıb, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. “Aqropark”ların yaradılması məqsədi ilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118,2 min ha torpaq sahəsinin təyinatı dəyişdirilib”.

Müşavirənin sonunda Komitə sədri dövlət başçısının fərmanı ilə təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrası üçün zəruri işlərin görülməsi barədə tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi