Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu il üçün hədəflərini açıqlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu il üçün hədəflərini açıqlayıb Bakı. 28 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov rəhbərlik etdiyi qurumun 2019-cu il üçün hədəflərini açıqlayıb.
İnfrastruktur
28 Yanvar , 2019 12:07
Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu il üçün hədəflərini açıqlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov rəhbərlik etdiyi qurumun 2019-cu il üçün hədəflərini açıqlayıb.

“Report” Komitəyə istinadən xəbər verir ki, həmin hədəflər aşağıdakılardır:

- Özəlləşdirmədə yeni yanaşmalar, şəffaflıq və iqtisadi səmərə olmalıdır;

- Əmlak Xidmətləri Məkanının təcrübəsi regionlarda da tətbiq edilməlidir;

- Əmlak qeydiyyatında əsas vəzifə - xidmətlərdə əlçatanlıq və vətəndaş məmnunluğunun daha da artırılması, kağız çıxarışdan tam elektron çıxarışa keçmək;

- Torpaqların elektron kadastr uçotunun verdiyi nəticələr vətəndaşlara da çatdırılmalıdır;

- Torpaqlardan səmərəli istifadədə - Peyk Nəzarət Sisteminin imkanlarının geniş tətbiqi və digər qurumlarla inteqrasiya;

- Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və inteqrasiyası;

- Kadr potensialının inkişafı və çevik idarəçilik. 

Son xəbərlər

Orphus sistemi