Yuxarı

Ekspert: "Yaxın 5 ildə Azərbaycanda yaşayış təyinatlı daşınmaz əmlak bahalaşacaq"

Azərbaycanda tikintinin maya dəyəri MDB-də ən yüksək göstəricilərə malikdir

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanda "ekonom" sinfə aid yaşayış təyinatlı daşınmaz əmlaka olan tələbat növbəti 5 ildə artacaq. Buna bir sıra amillər təsir edir. Bu barədə "Report"a "KPMG Azerbaijan" auditor şirkətinin idarəedici tərəfdaşı Vüqar Əliyev bildirib. 

Onun sözlərinə görə, bu proqnoz təkcə Azərbaycan bazarının konyunkturası deyil, eyni zamanda ona uyğun digər MDB ölkələrinin analoji bazarının vəziyyətinə əsaslanaraq hesablanıb.

"Hər şey tikintinin maya dəyərindən asılı olacaq. Bu gün Azərbaycanda tikintinin maya dəyəri çox yüksəkdir, hətta MDB-də ən yüksək göstəricilərə malikdir. Bunun müxtəlif səbəbləri var. Odur ki, satış qiymətləri də maya dəyərindən asılı olaraq dəyişəcək. Proqnozlarımıza görə, yaxın 3 ildə tikintinin maya dəyəri düşəcək. Ümid edirik ki, buna iqtisadiyyatın açıqlığı, şəffaflığı, həmçinin ölkə daxilində tikinti materiallarının istehsalı təkan verəcək", - V.Əliyev qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycanın yaşayış təyinatlı daşınmaz əmlak bazarında "ekonom" sinfin payı 60%, "ekonom+"un - 30%, "premium+"-un isə 10%-dir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi