Yuxarı

Ekspert: Gələn il Azərbaycanın əmlak bazarında nisbi canlanma gözlənilir

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin 2016-cı il üçün gözləntiləri nikbindir

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə daşınmaz əmlak bazarındakı vəziyyət  əvvəlki illərlə müqayisədə müəyyən qədər sakitdir. Bu passivliyin 2016-cı ilin ilk rübünün sonunadək davam edəcəyi gözlənilir. Bunu "Report"a açıqlamasında "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Elnur Əsədov bildirib.

Əmlak bazarında qiymətlərin bundan sonra düşəcəyi və ya artacağı ilə bağlı sualı cavablandıran E.Əsədoun sözlərinə görə, 2016-cı ilin birinci rübündən sonrakı dövrlərdə pul kütləsinin əmlak bazarına daxil olması gözlənilir və bu, əmlak bazarında müəyyən canlanmayna səbəb ola bilər.

"Bu il əmlak bazarı ilə yanaşı, tikinti sektorunda tikinti mallarının növlərinə uyğun olaraq ümumilikdə 10-12% azalma qeydə alınıb. Növbəti illərdə bu rəqəm sabit qalacaq, amma əmlak bazarında olan canlanma tikinti bazarına da təsir edəcək. Lakin hazırda tikinti sahəsində hər hansı tikintilərin reallaşdırılması prosesi olduqca zəifdir", - E.Əsədov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi