Yuxarı

Dövlət Gömrük Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edəcək

Qəbulda İsmayıllı, Qəbələ, Şamaxı rayonlarının sakinləri iştirak edə bilərlər

Bakı. 11 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyulun 16-da İsmayıllı şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, qəbul zamanı İsmayıllı, Qəbələ, Şamaxı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 15-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi və ya Yevlax Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi