Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə beynəlxalq konsorsium yaradılması haqqında razılıq əldə edib.
"
Həmçinin “Nomad Express” konteyner qatarının buraxılması üzrə qarşılıqlı fəaliyyət texnologiyası təsdiq edilib. Bu sənəd logistika operatorları, daşıma şirkətləri, dəniz limanları və yardımçı nəqliyyat infrastrukturları arasında qarşılıqlı fəaliyyət qaydalarını tənzimləyir. Bundan başqa, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun və “Nomad Express” konteyner qatarının təbliğatı məqsədilə Çində və Avropa ölkələrində "Road-show" adlı reklam kampaniyasının təşkil edilməsi, birgə tədbirlər planının noyabrın 1-nə qədər Koordinasiya Komitəsinə təqdim olunmasına qərar verilib.