Yuxarı
    Bağlamaq

    Cavid Qurbanov: "Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir"

    Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ayda 8 qatarın yük daşıması mümkün olacaq

    Bakı. 14 yanvar. REPORT.AZ/ "Bu kimi marşrutların açılması, sayının artırılması və Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir". "Report"un məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. 

    O qeyd edib ki, bu istiqamət üzrə ay ərzində ən az 8 qatarın yük daşıması mümkün olacaq: "Bu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutunun təşkili layihəsi çərçivəsində dörd ölkə arasında protokol imzalandı. Bu sənədin imzalanması ölkələr arasında yeni marşrutun açılması deməkdir. Müzakirələr zamanı ölkələr arasında bərabərhüquqlu aşağı tarif siyasəti müəyyənləşdirdik. Bu sənədlər sözügedən marşrut üzrə yükdaşımaların həyata keçirilməsinə daha rahat və əlverişli şərait yaradacaq. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün tarif artıq müəyyənləşdirilib. Sadəcə olaraq Ukrayna tərəfi fevral ayının ortalarınadək İliçevsk yaxud Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyən etdikdən sonra sonuncu qiymət müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlanacaq. Məqsəd qiymətlərin rəqabətə davamlı olmasını təmin etməkdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi