Cavid Qurbanov: "Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir"

Cavid Qurbanov: "Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir" "Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ayda 8 qatarın yük daşıması mümkün olacaq"
İnfrastruktur
14 Yanvar , 2016 19:27
Cavid Qurbanov: Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir

Bakı. 14 yanvar. REPORT.AZ/ "Bu kimi marşrutların açılması, sayının artırılması və Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir". "Report"un məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. 

O qeyd edib ki, bu istiqamət üzrə ay ərzində ən az 8 qatarın yük daşıması mümkün olacaq: "Bu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutunun təşkili layihəsi çərçivəsində dörd ölkə arasında protokol imzalandı. Bu sənədin imzalanması ölkələr arasında yeni marşrutun açılması deməkdir. Müzakirələr zamanı ölkələr arasında bərabərhüquqlu aşağı tarif siyasəti müəyyənləşdirdik. Bu sənədlər sözügedən marşrut üzrə yükdaşımaların həyata keçirilməsinə daha rahat və əlverişli şərait yaradacaq. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün tarif artıq müəyyənləşdirilib. Sadəcə olaraq Ukrayna tərəfi fevral ayının ortalarınadək İliçevsk yaxud Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyən etdikdən sonra sonuncu qiymət müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlanacaq. Məqsəd qiymətlərin rəqabətə davamlı olmasını təmin etməkdir".

Son xəbərlər

Orphus sistemi