Bu ilin I yarısında Azərbaycanda 500 km-ə yaxın yol yenidən qurulub

Bu ilin I yarısında Azərbaycanda 500 km-ə yaxın yol yenidən qurulub Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda uzunluğu 463,8 km olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.
İnfrastruktur
18 İyul , 2018 15:09
Bu ilin I yarısında Azərbaycanda 500 km-ə yaxın yol yenidən qurulub
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda uzunluğu 463,8 km olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.

“Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə, 2018-ci ilin 6 ayı ərzində ölkənin 17 rayonunda 23 layihə, o cümlədən 2 respublika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb.

Son xəbərlər

Orphus sistemi