​Bu ilin altı ayında Bakıda 63 km-dək yol yenidən qurulub

​Bu ilin altı ayında Bakıda 63 km-dək yol yenidən qurulub Yeni tikilmiş yolların uzunluğu isə 24,2 kilometrdir
İnfrastruktur
15 İyul , 2015 14:12
​Bu ilin altı ayında Bakıda 63 km-dək yol yenidən qurulub

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC 114,4 kilometr yol tikib, yenidən qurub və təmir edib. Onlardan 44,6 kilometri respublika əhəmiyyətli, 69,8 kilometr yol isə yerli əhəmiyyətlidir.

"Report" xəbər verir ki, bu, “Azəryolservis” ASC-nin bu ilin altı ayı ərzində həyata keçirdiyi işlərə dair hesabatında əsk olunub.

Qeyd edilib ki, göstərilən müddət ərzində ümumi istifadədə olan avtomobil yollarında tikilən və təmir olunan körpülərin sayı 12 ədəddir. Körpülərdən 10-u yeni tikilib, 2-si isə təmir olunub.

Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilib, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Yeni tikilmiş yolların uzunluğu isə 24,2 kilometrdir.

Bu ilin müvafiq dövrü ərzində Bakı şəhəri üzrə tikilmiş körpü və tunellərin sayı 4 ədəddir. Onlardan 2-si körpü, 2-si isə tuneldir. 2015-ci ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində 6 ədəd yerüstü və yeraltı piyada keçidləri də inşa edilib. Bakıda olan yollar, prospektlər və küçələr də daxil olmaqla, avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması üçün yol idarələrinin istehsalat bazalarının gücləndirilməsi məqsədi ilə son 6 ay ərzində 5 ədəd müxtəlif avtonəqliyyat vasitəsi və yol texnikası alınaraq Yol İstismarı İdarələrinin istifadəsinə verilib.

“Azəryolservis” ASC tərəfindən avtomobil yollarının kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində yolların mühafizə zolaqlarında ümumilikdə 49523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.

Son xəbərlər

Orphus sistemi