Bu il İran ərazisində Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq

Bu il İran ərazisində Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq Bakı. 11 aprel. REPORT.AZ/ İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır.
İnfrastruktur
11 Aprel , 2018 13:33
Bu il İran ərazisində Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsinə başlanılacaq
Report

Bakı. 11 aprel. REPORT.AZ/ İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır. 

Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

"Çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılmasına qərar verilib. Hazırda kreditin verilmə şərtləri razılaşdırılır. 4-5 aydan sonra tikinti işlərinə başlanılacaq. Yolun çəkilişi başa çatdıqdan sonra Təbriz şəhərindən keçməklə Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq", - o bildirib. 

Bundan başqa, C.Qurbanov deyib ki, rəhbərlik etdiyi qurum bu ilin sentyabr ayında Gəncəyə hərəkət edəcək ilk sürət qatarını işə salmağa çalışır. 

Son xəbərlər

Orphus sistemi