Biləcəri qəsəbəsində yol bağlanıb - FOTO/VİDEO

Biləcəri qəsəbəsində yol bağlanıb - FOTO/VİDEO Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır
İnfrastruktur
11 Sentyabr , 2015 14:30
Biləcəri qəsəbəsində yol bağlanıb - FOTO/VİDEO

Bakı. 11 sentyabr. REPPORT.AZ/ Bakı şəhərinin Biləcəri qəsəbəsində, Malik Aslanov küçəsi, döngə 6-da təmir işləri aparılır. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a daxil olan xəbərə görə, həmin  küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması burada yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradıb.

Təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burada yeni-asfalt beton örtüyü döşənməmişdən öncə yol təsərrüfatı orqanı tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə, asfalt-beton örtüyü küçənin 3,3 min kv. metr sahəsinə döşənir.

Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi