Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyası yaradılır

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyası yaradılır Astanada yeni qurumun təsisedici müqaviləsi imzalanıb, nizamnaməsi təsdiqlənib
İnfrastruktur
11 Oktyabr , 2016 10:22
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyası yaradılır

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan və Gürcüstan taxılın dəmir yolları ilə daşınması üçün güzəştli tariflərin tətbiqinə dair razılıq əldə edib. "Report"un "Kazakh-zerno" saytına istinadən verdiyi məlumata görə, Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TBND) Koordinasiya Şurasının növbəti iclası keçirilib və razılaşma da məhz bu toplantı çərçivəsində əldə olunub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Aktau Limanı, Bakı Beynəxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Batumi Limanı, "Ukrferri", "Translogistic SRL", habelə Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun dəmir yolu idarələrinin rəhbərləri iştirak ediblər.

İclasın əsas müzakirə mövzusu Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun Beynəlxalq Assosiasiyasının yaradılması olub. Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu idarələri Assosiasiyanın təsisedici müqaviləsini imzalayıb və nizamnaməsini qəbul ediblər. Assosiasiyanın ofisi Astanada yerləşəcək.

Qeyd edilib ki, Assosiasiyanın fəaliyyəti tranzit və xarici ticarət yüklərinin cəlb olunması, TBND marşrutu üzrə inteqrə edilmiş logistika məhsullarının inkişafına yönəldiləcək. Assosiasiya çərçivəsində səmərəli tarif siyasətinin keçirilməsi, xərclərin və inteqrə edilmiş xidmətlərin optimallaşdırılması, daşıma prosesinin vahid texnologiyasının yaradılması, sərhəd və gömrük prosedurları ilə bağlı inzibati əngəllərin azaldılması, yük və konteynerlərin limanlarda birləşmə məntəqələrində emalına yardım etmək kimi məsələlələr üzərində işləniləcək. Bütün bu tədbirlər TBND-nin alternativ marşrutlarla müqayisədə rəqabətqabiliyyətliliyinin təmin edilməsi məqsədi daşıyır.

Bundan başqa, Assosiasiyanın iclasının gedişində TRACECA ofisinə müşahidəçi statusu təqdim etmək təklif olunub.

Son xəbərlər

Orphus sistemi