​Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə üçüncü konteyner qatarı Azərbaycanа çatıb

​Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə üçüncü konteyner qatarı Azərbaycanа çatıb Sabah Gürcüstanda 21 vaqondan ibarət konteyner qatarının qarşılanma mərasimi nəzərdə tutulub
İnfrastruktur
12 Dekabr , 2015 16:56
​Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə üçüncü konteyner qatarı Azərbaycanа çatıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Çinin Lyanyunqan vilayətindən yola düşən üçüncü konteyner qatarı Transxəzər - Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə hərəkət edərək Azərbaycana çatıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, qeyd olunan konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, «Qazaxıstan temir jolı» SC, «Çin Dəmir Yolları» (ÇSR) «Azərbaycan Dəmir Yolları» QSC, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici yüklərin cəlb olunması, rəqabətə davamlı vahid tariflərin tətbiqi və daşınan yüklərin həcminin artırılması işinə təşkilati yanaşma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu il avqustun 3-də «Şixezi (Çin) - Dostık - Aktau - Ələt limanı» marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Çin Xalq Respublikasının Sintszyan Uyğur Muxtar Vilayətinin Alaşanko eksport stansiyasından çıxan 44 ədəd vaqondan ibarət olan ikinci konteyner qatarı sentyabr ayının sonunda, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilizi Uzlovaya stansiyasına çatıb.

Qeyd edək ki, əvvəllər belə qatarlar alternativ marşrutlarla 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı.

Sabah Gürcüstanda 21 vaqondan ibarət konteyner qatarının qarşılanma mərasimi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi