Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi qaydaları dəyişiklik edilib

Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi qaydaları dəyişiklik edilib Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir
İnfrastruktur
21 Dekabr , 2017 08:09
Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi qaydaları dəyişiklik edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 44 nömrəli qərarıilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.

“Report” xəbər verir ki, sənədə əsasən, Müəllif Hüquqları Agentliyi tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi qaydaları dəyişdirilib.

Dəyişikliklərə görə, qaydaların 2-ci maddəsinin 10-cu bəndindən “və ya onun strukturuna daxil olmayan tabeliyindəki qurumlar” sözləri və “büdcədənkənar xüsusi vəsaitləri” sözləri çıxarılıb.

Həmçinin qaydalara əlavədə “Beynəlxalq standart eyniləşdirmə nömrəsinin verilməsi haqqında ərizə”yə “Agentliyinin” sözündən sonra “İdarə Heyətinin” sözləri əlavə edilib.

Son xəbərlər

Orphus sistemi