Yuxarı

​Belarusun rabitə və informasiya naziri Azərbaycana gələcək

Sergey Popkovun həmkarı Əli Abbasovla görüşü nəzərdə tutulub

Bakı. 19 mart. REPORT.AZ/ Martın 30-dan aprelin 2-dək Belarusun rabitə və informasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, səfər çərçivəsində S.Popkovun Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü nəzərdə tutulub.

Hər iki ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi ikitərəfli görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi