​"BakuBus"ın ilkin marşrut xətləri və gediş haqqı məlum olub - SİYAHI

​"BakuBus"ın ilkin marşrut xətləri və gediş haqqı məlum olub - SİYAHI Hazırda marşrut xətləri ilə bağlı dəqiqləşdirmələr aparılır
İnfrastruktur
5 Avqust , 2015 16:09
​BakuBusın ilkin marşrut xətləri və gediş haqqı məlum olub - SİYAHI

Bakı. 5 avqust. REPORT.AZ/ Bakıda "BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobuslarının ictimai nəqliyyatda hərəkəti üçün ilkin marşrut xətləri müəyyənləşib. 

"Report"un məlumatına görə, ilkin planlamaya əsasən, 1 nömrəli marşrut avtobusu "Koroğlu" m/st - "28 May" m/st, 2 nömrəli marşrut "20 Yanvar" m/st - "Azadlıq" m/st - Ziya Bünyadov, 3 nömrəli marşrut "Azadlıq" m/st - "Elmlər Akademiyası" m/st, 4 nömrəli marşrut "N.Nərimanov" m/st - "Xətai" m/st, 5 nömrəli marşrut "N.Nərimanov" m/st - 20-ci Sahə, 6 nömrəli marşrut "Azadlıq" m/st - 20-ci Sahə, 7 nömrəli marşrut "Azadlıq" m/st - Ziya Bünyadov - 20-ci Sahə, 8 nömrəli marşrut "Azadlıq" st - "28 May" m/st, 9 nömrəli marşrut "N.Nərimanov" m/st - "Caspian Mall", 10 nömrəli marşrut "N.Nərimanov" m/st - Azneft dairəsi, 11 nömrəli marşrut "N.Nərimanov" - "Elmlər Akademiyası" m/st, 12 nömrəli marşrut "20 Yanvar" m/st - 20-ci Sahə, 13 nömrəli marşrut "20 Yanvar" m/st - "Koroğlu" m/st , 14 nömrəli marşrut "20 Yanvar" m/st - "Xətai" m/st xətti üzrə hərəkət edəcək. 

"BakuBus"ın direktor müavini Vüsal Kərimli "Report"a bildirib ki, qeyd edilən marşrutlar üzrə avtobusların hərəkəti üçün zəruri icazə və sənədlər tələb olunur.

Onun sözlərinə görə, ilkin mərhələdə avtobuslar bu istiqamətlərdə fəaliyyət göstərəcək: "Bu, zəruri icazə və sənədlər toplandıqdan sonra reallaşacaq. Yeni marşrut xətlərində avtobusların hərəkətə başlaması avqustun sonu-sentyabrın əvvəlinə nəzərdə tutulub".

V.Kərimli deyib ki, "BakuBus"ın avtobuslarında nağd ödəniş olmayacaq və ancaq vahid ödəniş kartları tətbiq ediləcək. Bu kartlardan metroda da istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, vahid ödəniş kartlarını metro stansiyalardakı "BakıKart" terminallarından əldə etmək olar. Vahid sistemdə iki növ kart - "ümumi" və "məhdud istifadə" üçün olacaq. "BakıKart" - plastik kartının qiyməti 2 manat, bir gedişin haqqı isə 0,20 manatdır. Balans terminallarda artırılır və kartlar geri qaytarılmır.

Məhdud istifadə üçün nəzərdə tutulan kartın qiyməti 0,20 manatdır. Kart alınarkən 1, 2, 3 və 4 gediş haqqını yükləmək mümkündür (1 gediş - 0,20 manat). Terminallarda balansın artırılması mümkün deyil və kart ilk istifadədən 45 gün müddətində etibarlıdır.

Son xəbərlər

Orphus sistemi