Yuxarı
    Bağlamaq

    Bakının Səbail və Nəsimi rayonlarında su kəsiləcək

    Dinlə

    Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Bakının Səbail və Nəsimi rayonlarında suyun verilməsində məhdudiyyətlər olacaq.

    Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

    Məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq, adı çəkilən rayonların mərkəzi küçələrinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

    Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi