Yuxarı

Bakının Nizami rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Məhdudiyyətə səbəb xətlərdən birində qəzanın baş verməsidir

Bakı. 25 mart. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonu ərazisində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, məhdudiyyətə səbəb xətlərdən birində qəzanın baş verməsidir.

Belə ki, “+82 Şərq” su anbarının çıxış xətlərinin birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi