Yuxarı

Bakının əsas yollarında tıxac yaranıb

Paytaxtın mərkəzinə doğru gedən yollarda sıxlıq müşahidə edilir

Bakı. 31 mart. REPORT.AZ/ Bu səhər Bakı-Sumqayıt şosesi (paytaxta doğru) və Binəqədi şosesində nəqliyyat vasitələrinin tıxacı yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda A.Bakıxanov küçəsi, S.Vurğun küçəsi (Müasir Təhsil Kompleksi tərəf), Koroğlu Rəhimov küçəsi (Prezident iqamətgahı istiqamətində), Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı), Azadlıq prospekti, habelə Üzeyir Hacıbəyov və Yusif Səfərov küçələrində (mərkəzə doğru) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi