Yuxarı

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Təmir işləri ilə əlaqədar Ə.Salamzadə küçəsi bağlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bü gün günorta saatlarında Bakı şəhərinin Moskva prospektində, 20 Yanvar dairəsindən mərkəz istiqamətində nəqliyyatın sıxlığı müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Report”a verilən məlumata görə, Ə.Salamzadə küçəsinin kənar yolunda asfalt örtüyünün yenilənməsi səbəbindən yol bağlanıb.

Təmir səbəbi ilə Tbilisi prospektində də nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Asfalt örtüyünün yenilənməsinin 2-3 günə yekunlaşacağı gözlənilir.

Bundan başqa, avtomobil sıxlığı səbəbindən Atatürk prospektində ("Gənclik" metro stansiyası istiqamətində), Azadlıq prospekti, Həsən Əliyev küçəsi və A.Bakıxanov küçəsində də avtomobil sıxlığı müşahidə olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi