Yuxarı
    Bağlamaq

    Bakının bəzi mərkəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir

    Sürücülərə alternativ yollarla hərəkət etməyi tövsiyə edilir

    Bakı. 5 avqust. REPORT.AZ/ Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar bu gündən etibarən Mirzəağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulub. 

    Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın "Report"a verdiyi məlumata görə, qeyd edilən ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Çingiz Mustafayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti Zərgərpalan küçəsindən Nəriman Nərimanov prospekti istiqamətində birtərəfli təşkil edilərək Mirzəağa Əliyev küçəsi vasitəsilə hərəkət edən nəqliyyat vasitələri bu küçəyə yönləndiriləcək. 

    Sürücülərə alternativ yollarla hərəkət etməyi tövsiyə edilir.

    Qeyd edək ki, Ç.Mustafayev küçəsində hərəkətin qeyd edilən istiqamətdə təşkil edilməsi məqsədilə ümumilikdə 39 ədəd (18 ədəd “Dayanmaq qadağandır” (3.27), 3 ədəd “Baş yol” (2.1), 4 ədəd “Dayanmadan keçmək qadağandır” (2.5), 6 ədəd “Giriş qadağandır” (3.1), 3 ədəd “Düzünə və ya sola hərəkət” (4.1.5), 2 ədəd “Düzünə hərəkət” (4.1.1), 1 ədəd “Birtərəfli hərəkət” (5.5) və 2 ədəd “Sola hərəkət” (4.1.3) yol nişanının quraşdırılması nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi