Bakının Baş planı gələn ilin sonuna qədər hazır olacaq

Bakının Baş planı gələn ilin sonuna qədər hazır olacaq Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş planını növbəti ilin sonuna qədər hazırlamağı nəzərdə tutur.
İnfrastruktur
23 Oktyabr , 2018 13:16
Bakının Baş planı gələn ilin sonuna qədər hazır olacaq
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş planını növbəti ilin sonuna qədər hazırlamağı nəzərdə tutur".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

Onun sözlərinə görə, Bakının Baş planı ilə bağlı artıq bir sıra işlər həyata keçirilib: "Hazırda Bakının Baş planının hazırlanması üçün böyük bir şirkət “Boston Consulting Group" dəvət edilib. Bu şirkətlə Bakının Baş planının hazırlanmasının birinci mərhələsini başa çatdırmaq üzrəyik. İkinci mərhələsinə keçmək üçün hazırlıq işləri aparılır. İlkin planlarımıza görə, növbəti ilin sonuna qədər plan üzərində işləri yekunlaşdırmağı nəzərdə tuturuq".

Son xəbərlər

Orphus sistemi