Bakıdakı parkomatlar plastik kartları da qəbul edəcək

Bakıdakı parkomatlar plastik kartları da qəbul edəcək Artıq gələn ilin əvvəlindən plastik kartlarla da ödəniş etmək mümkün olacaq
İnfrastruktur
18 Noyabr , 2015 13:23
Bakıdakı parkomatlar plastik kartları da qəbul edəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakı şəhəri ərazisində quraşdırılan parkomatlar artıq gələn ilin əvvəlindən plastik kartlarla da ödəniş qəbul edəcək. Bu barədə "Report"a Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

Məlumata görə, bununla əlaqədar mövcud parkomatlar dəyişdirilməyəcək, hazırda xidmət göstərən avadanlıqlar son nəsil texnologiyaya mənsubdurlar.

Bundan başqa, sürücülərə SMS vasitəsilə də parklama ödənişinin həyata keçirilməsi təklif olunacaq, habelə telefona avtomobillər üçün harada boş yerlərin olmasına dair məlumat veriləcək.

"Gələn ilin əvvəlindən plastik kartla ödəniş etmək mümkün olacaq. Bunun üçün SMS-lə bütün mobil operator abunəçilərinə məlumat gələcək. Məsələn, siz avtomobilinizi 1 saatlıq park edib və bu müddət üçün ödəniş etmisiniz. Lakin işiniz uzanmalı olur və bu zaman telefona SMS-lə parklama vaxtınızın bitməsinə dair məlumat gəlir. SMS-lə, həmçinin müvafiq link gələcək. Ödəniş etməyə razısınızsa, linkə daxil olub, plastik kartın nömrəsini daxil və adi qaydada ödəniş edəcəksiz", - deyə BŞİH-dən bildirilib. 

Son xəbərlər

Orphus sistemi