Yuxarı

​Bakıda nəqliyyatın hərəkətini izləmək üçün yeni məlumat-izləmə lövhələri quraşdırılıb

Fərdi avtomobillərin maneəsiz hərəkəti üçün xüsusi buraxılış vəsiqələrindən istifadə olunacaq

Bakı. 29 may. REPORT. AZ/ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) I Avropa Oyunları zamanı nəqliyyatın hərəkətini izləmək üçün şəhərin səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb. Bu barədə jurnalistlərə NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

O, deyib ki, şəhər sakinləri, piyadalar, qonaqlar bu lövhələr vasitəsilə şəhərdə nəqliyyatın hərəkətini görə biləcəklər.

Bununla yanaşı qeyd olunub ki, fərdi avtomobillərin maneəsiz hərəkəti üçün kateqoriyalara uyğun olaraq (məsələn, xarici giriş, Əməliyyat Komitəsi əməkdaşları və s.) xüsusi buraxılış vəsiqələrindən (wapp) istifadə olunacaq.

Həmin buraxılış vəsiqələri kodlaşdırılıb, onların köçürülməsi mümkün deyil. Bir vəsiqə ilə bir neçə avtomobil qeydiyyatdan keçə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi