Yuxarı
    Bağlamaq

    Bakıda daşınmaz əmlak sərgisi keçirilir

    Sərgidə 100-dən çox layihə təqdim olunub

    Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Bakıda ilk dəfə olaraq "Daşınmaz Əmlak və İnvestisiya Sərgisi" işə başlayıb.

    "Report" xəbər verir ki, sərgidə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, BƏƏ, Kipr, Cənubi Afrikadan ümumilikdə 100-dən çox layihə təqdim olunub. Sərgidə sektorun "Gilan", "Ağaoğlu", "Quzu Qrup", "Damak", "Sinpaş", "İş Gyo", "Ege Tikinti", "Meydanbey-Viatrans" (Quasar), "Chiraq Plaza", "Consept", "İstanbul", "Daşınmaz əmlak Port", "Pana Tikinti", "Cebeci Qrup", "Self İnvestment", "Dənizkənarı Alanya", "The First Group", "Schioppa", "Variant", "Nova", "Elite Group", "Priyen", "NewLife", "NettoHomes", "Domenika", "Çapar Group", "Miras Property", "EceConstruction", "Alhamra", "Miracles", "Noyanlar", "Sadad Global", "Birləşmiş Real Estate", "Yalçın Group", "Yılmaz Turhan Construction", "TGP İnvestment", "Metro Atlas Georgia", "Mürsəl Kahraman Construction" kimi şirkətlər iştirak edir.

    Qeyd edək ki, "Baku Expo Center"də keçirilən sərgi üç gün davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi