​Bakıda daha bir yolun hərəkət hissəsi artırılır

​Bakıda daha bir yolun hərəkət hissəsi artırılır Bu, ərazidə sıxlığın aradan qaldırılmasına hesablanıb
İnfrastruktur
16 Mart , 2015 11:42
​Bakıda daha bir yolun hərəkət hissəsi artırılır

Bakı. 16 mart. REPOERT.AZ/ Bakıda daha bir avtomobil yolunda genişləndirilmə işlərinə başlanılıb. Bu, Heydər Əliyev Mərkəzinin qarşısından gələrək "Ramstore" yolötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib, yenidən H.Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə həyata keçirilir.

İşləri yerinə yetirən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev "Report"a bildirib ki, eyni zamanda Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq, həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirilib.

O, bildirib ki, bu işlər həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb. 

Son xəbərlər

Orphus sistemi