​Bakıda daha bir yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur

​Bakıda daha bir yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur Bununla da 11, 12, 20, 22, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 62, 64, 70, 94, 214 nömrəli marşrut xətləri əvvəlki qaydada işləyəcəklər
İnfrastruktur
14 İyul , 2016 18:38
​Bakıda daha bir yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur

Bakı. 14 iyul. REPORT.AZ/ Bir müddətdir təmir işləri ilə əlaqədar bağlanan Bakının Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanında) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. 

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bununla da 11, 12, 20, 22, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 62, 64, 70, 94, 214 nömrəli marşrut xətləri əvvəlki qaydada işləyəcəklər. 

Son xəbərlər

Orphus sistemi