Bakıda daha bir marşrut xəttində kart sistemi tətbiq edilir

Bakıda daha bir marşrut xəttində kart sistemi tətbiq edilir Sərnişinlər 135 nömrəli marşrutda "Bakı Kart"dan istifadə edəcəklər
İnfrastruktur
30 May , 2017 18:22
Bakıda daha bir marşrut xəttində kart sistemi tətbiq edilir

Bakı. 30 may. REPORT.AZ/ Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız- vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumata görə, iyunun 1-dən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan istifadə edən sərnişinlər gediş haqqını nağd formada deyil, "Bakı Kart"sistemi ilə ödəyəcəklər.

Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması üçün 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların daxilinə elanlar vurulub. Vahid kart ödəniş sisteminə keçidlə əlaqədar 135 nömrəli marşrut xətti üzrə hərəkət edən 23 avtobusa validatorlar quraşdırılıb. Həmçinin, avtobusların salonuna nəzarət etməyə imkan verən video müşahidə sistemləri yenilənib.

Bununla yanaşı, sərnişinlərin "Bakı Kart" əldə etməsi, eləcə də kartın balansını artırmasını asanlaşdırmaq məqsədi ilə marşrut xətti boyunca 6 dayanacaq məntəqəsində MilliÖn terminalları quraşdırılır. Bundan əlavə, dayanacağa Bakı Nəqliyyat Agentliyinin xüsusi məlumat lövhələri vurulur.

Xatırladaq ki, hazırda Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 17 müntəzəm 1 ekspress marşrut xətti üzrə 450-dən çox avtobusda gediş haqqı vahid kart ödəniş sistemi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi