Yuxarı
    Bağlamaq

    Bakıda daha bir avtobus marşrutu yenisi ilə əvəzlənib

    Bakıda 2 saylı marşrut xətti 21 nömrəsi altında fəaliyyət göstərəcək

    Bakı. 2 noyabr. REPROT.AZ/ Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC Bakı şəhərinin marşrut xətlərində təkmilləşdirmə işlərinin aparılması çərçivəsində 2 saylı avtobus marşrut xəttini 21 nömrəsi ilə əvəzləyib.

    "Report"un əldə etdiyi məlumata görə, 2 nömrəli marşrutun xətti bu gündən etibarən 21 nömrəsi ilə fəaliyyət göstərir. Lakin 21 nömrəli marşrut da əvvəlki 2 nömrəli marşrut xəttinin yolu ilə hərəkət edir: "Xətai" metrosu-Nobel prospekti-C.Naxçıvanski adına Hərbi Lisey-Gəncə prospekti-Ukrayna dairəsi-"Əhmədli" metrosu-"Xətai" metrosu. Əvvəlki 2 saylı marşrut xətti ləğv olunub.

    Qeyd edək ki, 21 nömrəli marşrut saat 06:00-dan 24:00-a kimi sərnişinlərə xidmət edir.

    Bu istiqamət üzrə 12 avtobus hərəkət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi