Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilib

Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilib Bu məntəqələrdən 12-si müsabiqəyə çıxarılan yeni 125 nömrəli marşrut xəttinin keçdiyi ərazidə yerləşir
İnfrastruktur
22 Fevral , 2017 10:52
Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilib

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı şəhərində daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nömrəli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir: "Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində "Bakı Kart" ödəniş terminalları yerləşdirilib".

Son xəbərlər

Orphus sistemi