Yuxarı

Bakıda bağlanan iki avtobus marşrutu işini bərpa edib

18 və 96 nömrəli marşrutlar sərnişinlərə əvvəlki kimi xidmət göstərir

Bakı. 16 iyun. REPORT.AZ/ Bakı şəhərində iyunun əvvəlində “Xaliq Faiqoğlu” şirkətinin bağlanan avtobus marşrut xətlərinin fəaliyyəti bərpa olunub. 

"Report"un əldə etdiyi məlumata görə, bağlanan üç marşrut xəttindən ikisi yenidən eyni hərəkət trayektoriyası ilə iş qrafiklərini icra edir. Bərpa olunan xətlər 18 və 96 nömrəli marşrutlardır. 

Qeyd edək ki, adıçəkilən xətlərin fəaliyyətinin bərpa olunmasına dair Bakı Nəqliyyat Agentliyinin rəsmi qərarı hələlik açıqlanmayıb.

Xatırladaq ki, iyunun 9-da Bakı Nəqliyyat Agentliyinin qərarı ilə şirkətə məxsus üç marşrut xəttinin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik bu qərarını daşıyıcının Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi ilə əsaslandırmışdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi