Yuxarı

​Bakı dəmir yolu vağzalında relslər sökülür

Ərazidə torpaq işləri aparılır

Bakı. 8 may. REPORT.AZ/ Bakı Sərnişin Dəmiryolu Vağzalında aparılan yenidənqurma işləri çərçivəsində dəmir yolu relsləri də bərpa olunacaq. Hazırda həmin ərazidə torpaq yatağının bərkidilməsi işləri aparılır. Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O, bildirib ki, hazırda Bakı-Xırdalan-Sumqayıt Sərnişin dəmir yolu xətti də əsaslı təmir olunur. Layihəyə görə, qatar Sumqayıt və Xırdalandan keçəndən sonra Bakıya gəlməlidir: "Bununla əlaqədar Bakı Sərnişin Dəmiryolu Vağzalının da relsləri yenidən bərpa edilir, relslər tədricən sökülür".

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sahəsində 63 km uzunluğunda dəmir yolunun bu günə kimi 32 km hissəsi artıq təmir olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi