Bakı, paytaxtətrafı qəsəbə və kəndlərin nəqliyyat problemi aradan qaldırılır

Bakı, paytaxtətrafı qəsəbə və kəndlərin nəqliyyat problemi aradan qaldırılır Bakı sərnişin - Pirşağı - Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə başlanıb
İnfrastruktur
9 Noyabr , 2016 13:38
Bakı, paytaxtətrafı qəsəbə və kəndlərin nəqliyyat problemi aradan qaldırılır

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakı sərnişin - Pirşağı - Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə başlanıb. 

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir: "İşlər mərhələ-mərhələ aparılır. Hazırda 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi bu dairəvi dəmir yolunun Nərimanov-Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissəsinin təmirinə başlayıb. Hazırda torpaq yatağının işlənməsi prosesi gedir. Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı, paytaxtətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edəcək".

Son xəbərlər

Orphus sistemi