Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib

Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib BNA "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatların əldə olunması yollarını izah edib
İnfrastruktur
14 Aprel , 2017 17:16
Bakı Nəqliyyat Agentliyi vətəndaşlara müraciət edib
bna.az

Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda 28 gündən sonra keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək. 

BNA-dan "Report"a daxil olan məlumata görə, bununla əlaqədar olaraq vətəndaşlardan oyunlardan əvvəl və oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən "Bakı-2017" İslam Həmrəylik Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin internet səhifəsi (www.bna.az), Bakı Nəqliyyat Agentliyinin "Facebook" səhifəsi, Mətbuat Xidməti), eləcə də "Bakı -2017" internet səhifəsinə (www.baku2017.com) müraciət etməl'ri xahiş olunur. Bununla yanaşı, Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların "AvtoRadio" (107.7 fm) vasitəsi ilə də ictimaiyyətə yayılması təmin ediləcək.

"Məlumatlandırma ilə yanaşı, Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi