Bakı-Moskva aviareysində texniki nasazlıq yaranıb

Bakı-Moskva aviareysində texniki nasazlıq yaranıb Təyyarədə yaranan texniki nasazlıq reysin gecikməsinə səbəb olub
İnfrastruktur
13 Mart , 2017 14:07
Bakı-Moskva aviareysində texniki nasazlıq yaranıb
Report.az

Bakı. 13 mart. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dünən yerinə yetirilməli olan “R2 8844” saylı Bakı-Moskva aviareysində gecikmə qeydə alınıb.

“Report” xəbər verir ki, AZALJET reysinin gecikməsinə səbəb “Boing 767” tipli təyyarədə texniki nasazlığın yaranması olub.

Belə ki, dünən qrafikə uyğun olaraq Moskvaya saat 23:10-da çatması nəzərdə tutulan təyyarə Bakıdan saat 20:00-da yola düşməli idi. Lakin texniki nasazlıq aradan qaldırıldıqdan sonra uçuş saat 21:56-da yerinə yetirilib. Təyyarə Moskvaya saat 00:38-də çatıb.

Qeyd edək ki, AZALJET-lə sözügedən istiqamətə birtərəfli biletin qiyməti 49 avro, ikitərəfli biletin qiyməti isə 98 avrodan başlayır.

Son xəbərlər

Orphus sistemi