Bakı metrosunun vestibüllərinə plakatlar vurulub - FOTO

Bakı metrosunun vestibüllərinə plakatlar vurulub - FOTO Plakatlar "28 May" metrosunda asılıb
İnfrastruktur
16 May , 2015 11:15
Bakı metrosunun vestibüllərinə plakatlar vurulub - FOTO

Bakı. 16 may. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC I Avropa Oyunlarına hazırlıq ərəfəsində metro stansiyalarında daha bir yenilik edib.

"Report" xəbər verir ki, artıq metronun "28 May" stansiyasında vestibüllər boyu I Avropa Oyunlarını əks etdirən plakatlar asılıb.

Qeyd edək ki, iyunda Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metrosunda elan və məlumatlar da Azərbaycan və ingilis dillərində səsləndiriləcək. Hazırda bunun üzərində iş gedir.

Bu məlumat lövhələrində ekspress avtobusların olduğu yerlər - "Koroğlu", "Elmlər Akademiyası", "Gənclik", "28 May", "20 Yanvar", "Nizami" stansiyaları da qeyd ediləcək.

Son xəbərlər

Orphus sistemi