Yuxarı
    Bağlamaq

    Bakı metrosunda Şaxta Baba və Qar Qız uşaqlara hədiyyə paylayır

    Metropoliten növbəti aksiyaya başlayıb

    Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün "Bakı Mertopoliteni" QSC "28 May" metro stansiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə növbəti sosial aksiyaya başlayıb. "Report" xəbər verir ki, tədbir çərçivəsində Şaxta Baba və Qar Qız metro stansiyalarında uşaqlarla görüşərək, onlara hədiyyələr paylayıblar.

    Qeyd edək ki, tədbirin Şaxta Baba və Qar Qız personajlarını Bakı Mertopoliteninin işçiləri canlandırıblar. Şaxta Baba obrazında "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar Qız isə qurumun marketinq şöbəsinin rəisi Lalə Babayeva olub.

    Şaxta Baba və Qar Qız metronun bütün stansiyalarını gəzəcəklər. Tədbir bir neçə gün davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi