Yuxarı

Bakı metrosunda elanlar Azərbaycan və ingilis dillərində veriləcək

Metroda istiqamətverici lövhələr də Azərbaycan və ingilis dillərində olacaq

Bakı. 12 may. REPORT.AZ/ İyunda Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metrosunda elan və məlumatlar Azərbaycan və ingilis dillərində səsləndiriləcək. Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib: "Hazırda bunun üzərində iş gedir".

N.Paşayev əlavə edib ki, metroda istiqamətverici lövhələr də həm Azərbaycan, həm də ingilis dilində olacaq.

"Bu məlumat lövhələrində ekspress avtobusların olduğu yerlər - "Koroğlu", "Elmlər Akademiyası", "Gənclik", "28 May", "20 Yanvar", "Nizami" stansiyaları da qeyd ediləcək", - deyə Metropoliten rəsmisi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi