Yuxarı

Bakı-İstanbul aviareysinə yeni endirim elan olunub

Biletlərin güzəştli satışı və uçuşlar oktyabrın 10-dək davam edəcək

Bakı. 30 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-İstanbul ikitərəfli aviareysinə yeni endirim aksiyasına start verib. AZAL-dan “Report”a verilən məlumata görə, biletlərin satışı və uçuşlar iyulun 1-dən oktyabrın 10-a qədər davam edəcək.

Qeyd edək ki, uçuş İstanbulun Sabiha Gökçen hava limanına gerçəkləşdirilir. Endirimli biletin qiyməti 279 dollardır (cari məzənnə ilə 292 manat). 

Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, bu siniflər üzrə "mile" ballar hesaba əlavə olunmur, məntəqədə qalma müddəti maksimum bir aydır, yığımlar və rüsumlar qiymətə daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi